Tələbə dənizdə boğuldu

  • 14 İyl 2022 15:36
  • 2567 Baxış
 Tələbə dənizdə boğuldu


Bakıda tələbə dənizdə boğulub.

Medicina.az xəbər verir, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Azərbaycan Texniki Universitetinin magistratura pilləsinə qəbul olan Ramil Cəfərzadə dənizdə çimərkən boğularaq ölüb.

Qeyd edək ki, R. Cəfərzadə 639 bal ilə Bakı Mühəndislik Universitetinə qəbul olub.

O, bu il həmin universiteti bitirərək AzTU-nun magistr pilləsində təhsil alacaqdı.