Telefona çox baxmaq - gözləri kor edir?

  • 2026.04.10 20:07
  • 140 Baxış
Telefona çox baxmaq   - gözləri kor edir?


Telefona uzun baxanda gözə nə olur? El arasında deyildiyi kimi. telefon şüası gözləri kor edirmi?


Medicina.az xəbər verir ki, tibbi baxımdan telefon ekranına uzun müddət baxmaq:

1. Göz quruluğu yaradır

Ekrana baxanda biz daha az göz qırpırıq
Göz səthi quruyur
Yanma, batma, bulanıqlıq yaranır.

2. Göz yorğunluğu (digital eye strain)

Bu vəziyyətə tibbdə “kompüter görmə sindromu” deyilir
Əlamətləri:
Baş ağrısı
Gözlərdə ağırlıq
Fokuslama çətinliyi

Yaxını görmənin pisləşməsi (miyopiya riski)

Xüsusilə:
Uşaqlarda və yeniyetmələrdə
Uzun müddət yaxın məsafəyə baxmaqla uzağı görmə zəifləyə bilər.

Mavi işıq və yuxu pozğunluğu

Telefonlardan gələn mavi işıq:
Melatonin hormonunu azaldır
Yuxu ritmini pozur
Gözləri daha tez yorur

Hətta görmədə problem yarana bilər, amma bu, geri dönməz korluq deyil.


Kimlər daha risk altındadır?


Uşaqlar və yeniyetmələr
Gün boyu telefon/kompüterlə işləyənlər
Göz quruluğu olan insanlar

Gözünü qorumaq 20-20-20 qaydası

Hər 20 dəqiqədən bir:
20 saniyə
6 metr uzağa bax

Gecə rejimi istifadə et
“Mavi işıq filtri” deaktiv olsun.

Aygün Musayeva