Xəbər verdiyimiz kimi, Azərbaycanın səhiyyə işçiləri təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Medicina.az xəbər verir ki, təltif edilənlər arasında TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva da var. Sərəncama əsasən, Qarayeva Yaqut Fəxrəddin qızı “Tərəqqi” medalı ilə təltif edilib.
Yaqut Qarayeva Azərbaycanda tanınmış həkim-infeksionist, ictimai səhiyyə mütəxəssisi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) departament rəhbəridir. O, xüsusilə COVID-19 pandemiyası dövründə ictimaiyyətə verdiyi açıqlamalar və maarifləndirici brifinqlərlə tanınıb.
Həmçinin Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında dosent vəzifəsində çalışır və ictimai sağlamlıq sahəsində tələbələrə dərslər keçir.
Əhali arasında sağlamlığın qorunması, xəstəliklərin profilaktikası, eləcə də səhiyyə təşkilatçılığı istiqamətində müxtəlif elmi məqalələrin və tədris proqramlarının müəllifidir.
Aygün
Medicina.az