Temperatur 40 dərəcəyə çatacaq

  • 2022.08.11 15:52
  • 1370 Baxış
Temperatur 40 dərəcəyə çatacaq


Bakıda və Abşeron yarımadasında avqustun 11-dən 18-dək havanın maksimal temperaturunun 35-37° isti, bəzi yerlərdə 39°-dək yüksələcəyi gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, avqustun 11-dən 18-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 35-39°, bəzi yerlərdə 41-42° isti, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.