Tənəffüs sistemində xəstəlik yaradan viruslar - FOTO

  • 2026.05.12 12:29
  • 154 Baxış
Tənəffüs sistemində xəstəlik yaradan viruslar -  FOTO

Son günlər əhalinin Yuxarı tənəffüs yollarının virus infeksiyalarına yoluxması və gec sağalma müşahidə olunur.

Medicina.az xəbər verir ki, bu insanları yeni bir virus yayılması şübhəsinə salır. Səyahət, sıx təmas, mövsüm dəyişiklikləri və kollektiv mühitlər virusların sürətlə yayılmasına səbəb olur. Bu viruslara qrip, koronaviruslar, RSV və digər respirator viruslar daxildir.

Əksər hallarda xəstəlik yüngül keçir, lakin bəzi insanlarda ağırlaşmalar yarana bilər. Xüsusilə yaşlılar, xroniki xəstəliyi olanlar, uşaqlar və immun sistemi zəif olan şəxslərdə pnevmoniya, bronxit, nəfəs çatışmazlığı, ürək-damar problemləri və uzunmüddətli halsızlıq müşahidə oluna bilər.
Qorunmanın ən təsirli üsulları gigiyena qaydaları, əllərin yuyulması, xəstə insanlarla yaxın təmasdan çəkinmək və xəstə olduqda istirahət və güclü immun sistemdir. İmmunitet “bir gündə güclənən” sistem deyil. Orqanizmin davamlı şəkildə sağlam həyat tərzi ilə dəstəklənməsi viruslara qarşı ən düzgün daxili müdafiədir.

Bunun üçün:
kifayət qədər yuxu,
balanslı qidalanma,
zülal, vitamin və minerallarla zəngin qidalar,
kifayət qədər su qəbulu,
fiziki aktivlik,
stressin azaldılması vacibdir.


Vitamin C, D, sink kimi maddələr immun sisteminin normal fəaliyyətinə dəstək verə bilər.
Viruslardan qorunmada Yüksəkdozalı İnfuzion Vitamin C-nin mühüm rolu var. Çünki virusla mübarizədə iştirak edən immun hüceyrələrin Vitamin C -yə güclü tələbatı var. Onların tərkibində kifayət qədər Vitamin C olmadıqda virusla mübarizə aparan, pasiyenti virusdan qoruyan maddələri hazırlaya bilmirlər. Və yalnız Yüksəkdozalı İnfuzion Vitamin C ( Pascorbin 7.5 g-50 ml) immun hüceyrələrin Vitamin C-yə olan tələbatını ödəyə bilir.
Yüksəkdozalı Vit C virusdan qorunmağa, xəstəliyin yüngül keçməsinə və ağırlaşmaların qarşısının alınmasına kömək edir.

Engystol - 1 tablet gündə 3 dəfə dil altına