Təqaüdə çıxmaq yaşlı insanların səhhətinə - zərbədir

  • 2022.10.11 14:51
  • 1054 Baxış
Təqaüdə çıxmaq yaşlı insanların səhhətinə    - zərbədir


Müasir təqaüdçü yaşlılar artıq işə getmirsə, çox yeyib, çox yatıb, az hərəkət edirlər.

Onlar üçün təqaüd evdə qalmaqdır. Buna görə də təqaüdə çıxdıqdan sonra onların səhhəti daha sürətlə pisləşir.
"Medicina" xəbər verir ki, Finlandiya alimləri təqaüdün səhhətə zərərli olduğunu sübut edib.

Onlar 515 təqaüdçü üzərində müşahidələr aparıblar.
Yaşlılar təqaüdə çıxdıqdan 1-3-6 ay sonra bəzi analizlər götürülüb.

İşdən tam ayrıldıqdan sonra təqaüdçülər 50 dəqiqə daha çox yatmağa başlayıb, fiziki aktivlikləri isə sutkada 1-3 saat azalıb.

Nəticədə çəkidə artım, sümük-ürək-damar sistemində problemlər baş qaldırır.
Gələcəkdə qocalıq demensiyası qaçılmazdır.

Hərəkət azlığı xərçəng xəstəliyi, bağırsaq, prostat, uşaqlıq şişlərinə səbəb olur.

Aygün Musayeva