"Terminator" karantini eşşəklə keçirir – FOTO

  • 2020.03.31 15:08
  • 1732 Baxış
"Terminator"  karantini eşşəklə keçirir  – FOTO
Arnold Şvarstneger özünü təcrid qaydalarına ciddi əməl edir və karantindəki həyatını sosial şəbəkələrdə bölüşür. Fotolardan göründüyü kimi o evdə miniatür at Viski, miniatür eşşək növü olan Lulu ilə vaxtını keçirir.


Medicina.az xəbər verir ki, martın ortalarından evdə qal aksiyasına qoşulan "terminator" daha çox ev heyvanları ilə gününü keçirir. Gah itinə musiqi öyrədir, gah eşşəklə şahmat oynayır.

Aktyor fotolarının altında “evdə olmayanda vaxt edib öyrənə və edə bilmədiklərini etmək fürsətindən yararlan” sözlərini yazıb.

Hazırda karantin kampaniyası aparan aktyor Lulu və Viskinin şəkli əks olunan futbolkalar da çıxarıb. Futbolkanın üzərində “Eşşək olma, evdə qal” yazılıb. Aktyor futbolkaları onlayn satışa çıxarıb və əldə olunan gəliri kasıb ailələrin yeməklə təminatına sərf edəcək.