Tərtərdə faciəli qəza – İki qardaş öldü

  • 2026.03.25 10:51
  • 274 Baxış
Tərtərdə faciəli qəza –  İki qardaş öldü

Tərtər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Medicina.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində 1958-ci il təvəllüdlü Nəsrəddin Ağayev və 1971-ci il təvəllüdlü Yunus Ağayev hadisə yerində həyatlarını itiriblər. Bildirilir ki, dünyasını dəyişən şəxslər qardaş olublar.

Qəza zamanı 1991-ci il təvəllüdlü Sənan Ağayev və Könül Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.