Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər

  • 2026.08.01 23:06
  • 125 Baxış
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər

Burun qanaması əksər hallarda quru hava, soyuqdəymə, allergiya və ya burunun güclü təmizlənməsi nəticəsində yaranır və təhlükəli olmur.

Medicina.az xəbər verir ki, lakin qanama tez-tez təkrarlanır, çox olursa və ya çətin dayanırsa, mütləq həkim müayinəsi tövsiyə edilir.

Bu hal yüksək qan təzyiqi, bəzi dərmanların təsiri və ya damarların kövrəkliyi ilə əlaqəli ola bilər. Burun qanaması zamanı başı bir qədər önə əyərək burnun yumşaq hissəsini bir neçə dəqiqə sıxmaq məsləhət görülür. Mütəxəssislər belə epizodlar zamanı arterial təzyiqin ölçülməsini və qanamalar təkrarlanarsa tibbi müayinədən keçməyi tövsiyə edirlər.

Xanım,
Medicina.az