Təzə kartof və yaşıl xiyardan yaz salatı – Hazırlanma qaydası

  • 2019.05.18 16:11
  • 54323 Baxış
Təzə kartof və yaşıl xiyardan yaz salatı –  Hazırlanma qaydası
Yaz-yay aylarında yeməklər tərəvəzlərdən, təzə ərzaqlardan olmalıdır. Təzə xiyar, kartof, göyərti boldur. Nə hazırlayacağını bilmirsizsə, bu rus salatını sınayın.

 


Ərzaqlar:


Kartof – 5 ədəd

Duzlu xiyar -1 ədəd

Təzə xiyar -2 ədəd

Qırmızı turp – 2 ədəd

Yumurta -2 ədəd

Qırmızı soğan -1 ədəd

Göyərtilər – keşniş, şüyüd

Zeytun yağı -4 x.q

Limon şirəsi -2 x.q

Duz, istiot


Hazırlanması:


Kartof və yumurta xeyli öncədən bişirilib, soyuducuda soyudulur 


Qalan ərzaqlar kub formasında doğranılır. Kartof, yumurta da doğranılıb qatılır. Zeytun yağına limon sıxıb salata gəzdirilir. Duz, istiot səpilib qarışdırılır. Sonra narin göyərti səpilir.


Soyuducuda 30 dəqiqə saxlayıb, sonra nuş edin