Təzyiq xəstələrinin ömrünü uzadacaq elementar məsləhətlər – Bunlara əməl etsəz...

  • 22 Noy 2019 18:37
  • 11071 Baxış
Təzyiq xəstələrinin ömrünü uzadacaq elementar məsləhətlər –  Bunlara əməl etsəz...

Təzyiq xəstələri hər an insult, ölümlə üz-üzədir. Amma hipertoniya heç də ayaqlarını uzadıb, ölümü gözləmək demək də deyil.


Medicina.az təzyiq xəstələrinə çox kömək edəcək, ömrünüuzadacaq, hətta təzyiqi dərmansız normada saxlamaq üçün həkimlərin və alimlərin tövsiyyə etdiyi sadə məsləhətləri toplayıb. 


Bunları həyat tərzinizə çevirin


1.Artıq çəkiyə əlvida


Təzyiqi yaradan səbəblərdən biri də artıq çəki, piylənmədir. Onu qaydaya salmağın bir yolu da 5-7 kq çəki atmaqdır. Əgər siz çəkidə atrmağa yox, azalmağa doğru getsəniz, görəcəksiz ki, təzyiqiniz bir neçə rəqəm aşağı düşəcək


2.Natrium – duz düşməndir


Şoraba, duzlu sizin təzyiqinizi 7-8 punkt qaldırır.  Təzyiq diaqnozu qoyuldusa, sabahdan yeməklərdə duzu azaldırsız. Duzu ədviyyat və ətirli otlarla əvəz edin. 


Kolbasa, sosis, hisə verilmiş qidalar, tərkibində çoxlu duz olan bütün qidalara yox deyin. 

 



3.Spirtli içkidən qaç


Təzyiq xəstələri içki içməyin faydasını ona yozur ki, guya qanı duruldur, təzyiqi salır. Əslində isə etanol damarların tonusunu azaldır, damarlar genişlənir və təzyiq həqiqətən 5 dəqiqə sonra düşür. Lakin 40 dəqiqə sonra damarlar sürətlə yığılır, ürəyə ikiqat ağır yük düşür, təzyiq qalxır. Ona görə təzyiq xəstəsi içkini azaltmalı, hər gün içməməlidir. Hər gün içki qəbul edənlərdə hipertoniya 3 dəfə artıq rast gəlinir, nəinki toyda, bayramda içənlərdə.


4.İdmana yazıl


Təzyiq diaqnozu qoyulduqdan sonra birinci işin hərəkəti artırmaq və özünü buna məcbur etmək üçün idmana yazılmaqdır. Ən yüngül növü seçin, sadəcə qaçış trenajorunda asta rejimdə hərəkət edin, bəsinizdir. İstəsəniz rəqsə, üzgüçülüyə yazıla bilərsiz. 


5.Siqareti azalt


Hər çəkilən bir ədəd siqaret təzyiqi bir neçə istiqamətdə qaldırır.  Damarları daraldır, keçiriciliyini pozur, qaraciyər hüceyrələri zədələnir, böyrəklərin işi pozulur, ağciyərlərin hava tutumu, tənəffüsü çətinləşir, ürək normadan artıq işləyir.

Siqareti hər gün 1 ədəd azaldın.


6.Stressdən qaçın


Stress insanı həm içməyə, həm də çox siqaret çəkməyə vadar edir. Bununla sanki stresi yeyirlər. Həkimlər bildirir ki, təşviş, gərginlik, stresin əvvəl səbəbini, mənbəyini tapıb, analiz etməli, onu zərərsizləşdirmək, ondan uzaq durmalısız. Əgər sizi əsəbləşdirən konkret insandırsa, lazım gəlsə ondan da imtina edin. Çünki heç kim sizin həyatınızı əvəz etməz. 


Hər gün 15 dəqiqə sakitliyə çəkilib, meditasiya edin, dərindən nəfəs alıb verin.

 


Təzyiq xəstələrinin ömrünü uzadacaq elementar məsləhətlər –  Bunlara əməl etsəz...
Təzyiq xəstələrinin ömrünü uzadacaq elementar məsləhətlər –  Bunlara əməl etsəz...