Bəzi spirtli içkilər qan təzyiqinə mənfi təsir göstərə bilər, buna görə də təzyiq xəstələri bəzi məqamları bilməli, bayramda və məclisdə ehtiyatlı olmalıdır.
Medicina.az xəbər verir ki, diyetoloq İqor Strokovun sözlərinə görə, adətən rom, viski və ya brend əlavə edilən, ədviyyat, süd və qaymaqlı içkilər bunlara aiddir.
Qaymaqda əlavə şəkərlər var, bui içki çəki artımına və yüksək təzyiqə səbəb ola bilər:
"Əvvəlki tədqiqatlar göstərib ki, həddindən artıq əlavə şəkər hipertoniya da daxil olmaqla xəstəliklərin inkişaf riskini artırır".
Hipertoniya, 140/90 mm civə sütunu və ya daha yüksək qan təzyiqidir. Yüksək qan təzyiqi nadir hallarda nəzərə çarpan simptomlara səbəb olur.
Yüksək qan təzyiqi ilə əlaqəli sağlamlıq riskləri:
Ürək xəstəliyi
Ürək tutmaları
İnsultlar
Ürək çatışmazlığı
Periferik arterial xəstəlik
Aorta anevrizmaları
Böyrək xəstəliyi
Damar demensiyası.
Həddindən artıq spirtli içki qəbul etmək yüksək qan təzyiqinin inkişafı üçün risk faktoru hesab olunur.
"Qan təzyiqini qaldıra biləcək digər bir içki İrlandiya likörü olan Baileysdir. Tərkibində qaymaq və əlavə şəkər var” – deyə həkim xəbərdar edib.
Aygün Musayeva