Təzyiqiniz qalxdısa, dərhal bunu için

  • 2026.05.20 15:50
  • 97 Baxış
Təzyiqiniz qalxdısa, dərhal bunu için


Duzsuz pomidor suyu qan təzyiqini aşağı salır.

Mediicna.az xəbər verir ki, Food Science & Nutrition jurnalında dərc olunmuş bir araşdırmaya görə, müntəzəm olaraq duzsuz pomidor suyu içmək qan təzyiqini və ürək-damar xəstəlikləri riskini azalda bilər.

Gündə 200 ml pomidor suyu içmək ürək-damar xəstəlikləri riski yüksək olanlarda qan təzyiqini və xolesterol səviyyəsini azaldıb.

Tokio Tibb Universitetinin (TMDU) alimləri bir il ərzində 481 iştirakçını izləyiblər. Tədqiqat iştirakçılarına istədikləri qədər pomidor suyu verilib. Könüllülərdən həmçinin gündəlik nə qədər pomidor suyu qəbul etdiklərini və sağlamlıqlarında hər hansı nəzərə çarpan dəyişiklikləri qeyd edən gündəliklər tutmaları xahiş olunub.

Məlumatlar göstərir ki, əksər könüllülər gündə ən azı 200 ml duzsuz pomidor suyu içiblər.

Prehipertoniya və ya hipertoniyası olan 94 iştirakçıda qan təzyiqi 3% azalıb. Bu o deməkdir ki, iştirakçıların sistolik qan təzyiqi ən azı 4 mm civə sütunu azalıb. Diastolik təzyiq isə 3 mm civə sütunu azalıb (140/90 mm civə sütunu və daha yüksək təzyiq yüksək hesab olunur).


Alimlər izah edib ki, pomidora parlaq qırmızı rəng verən likopen birləşməsinin arteriyalarda lövhə əmələ gəlməsinin qarşısını aldığı və qan təzyiqinin aşağı düşməsinə kömək etdiyi bildirilir. Likopen aşağı sıxlıqlı lipoproteinləri (LDL) və ya "pis" xolesterolu inhibə edir; pomidordakı birləşmələr qida xolesterolunun nazik bağırsaqda udulmasını və qaraciyərdə sintezini azaldır.


Aygün Musayeva