Tibb bacısı özünü doğum evində öldürdü

  • 2019.04.23 12:22
  • 16052 Baxış
Tibb bacısı özünü doğum evində öldürdü

 

Moskvadakı doğum evlərindən birində tibb bacısı iş yerində özünə ölümcül dozada yuxugətirici vasitə qəbul edərək intihar edib. 




Medicina.az-ın xəbərinə görə, 25 yaşlı qadının meyiti doğum evinin otaqlarından birində tapılıb.  Meyitin yanından iki ampula "Propofol” – güclü yuxugətirici (bu, narkozda saxlamaq üçün istifadə olunur) götürülüb.




Onun 3 ay əvvəl anestezioloqun köməkçisi işinə başladığı bildirilir. 




İntiharın səbəbi məlum deyil.