Tibbi Profilaktika İnstitutunun şöbə müdiri vəfat etdi

  • 2023.01.05 15:51
  • 1500 Baxış
Tibbi Profilaktika İnstitutunun şöbə müdiri  vəfat etdi
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun şöbə müdiri Şamxal Zeynalov vəfat edib05.01.2023 12:18
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Vivarium şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Şamxal Zeynalov dünyasını dəyişib.


"Medicina" xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 62 yaşında vəfat edib.

Şamxal Zeynalov 1980-1986-ci illərdə Rusiya Federasiyası Kirov vilayətinin Kirov şəhər Kənd Təsərüffatı İnstitutunun Mühəndis-zootexnik fakültəsində təhsil almışdı. 1994-cu ildə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun İnfeksion xəstəliklərin diaqnostika və profilaktikası və müalicəsi laboratoriyasında kiçik elmi işçi, 2008-ci ildə Malyariya və leyşmaniozlar laboratoriyasında böyük elmi işçi, 2010-ci ildə Bakterial mənşəli və bağırsaq infeksiyaları laboratoriyasına böyük elmi işçi, 2011-ci ildə isə baş elmi işçi vəzifələrində çalışmışdı. 2022-ci ildən V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutununun Vivarium şöbəsinin müdiri idi.





Tibbi Profilaktika İnstitutunun şöbə müdiri  vəfat etdi