ABŞ-ın Qida və Dərman Nəzarəti İdarəsi (FDA) insan nəcisindən hazırlanan preparatı  təsdiqləyib. 
"Medicina" xəbər verir ki, “Vowst” adlı  həbdə canlı bakteriyalar var və “Clostridioides difficile” bakteriyasının səbəb olduğu  infeksiyaların profilaktik müalicəsi üçün 18 yaş və daha yuxarı insanlara təyin edilə bilər. 
 
Antibiotiklər adətən bağırsaqda yaşayan bakteriyaların tarazlığını poza bilir. 
Sürətlə çoxalan bakteriyalar ishal, qarın ağrısı, qızdırma və kolitə, bəzi hallarda isə orqan çatışmazlığına və ölümə səbəb ola bilər. 
Təkcə  ABŞ-da hər il 15.000 ilə 30.000 arasında insan həmin bakteriya infeksiyalarından ölür.  Belə xəstələri xilas etməyin yeganə yolu sağlam donorun bağırsaq mikroflorasından xəstəyə köçürməkdir.
Klinik sınaqlarda həbin ən çox görülən yan təsirləri şişkinlik, yorğunluq, qəbizlik, titrəmə və ishal olub.
Aygün Musayeva