Abşeron rayonunda fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb.
Medicina.az "Report"-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, tikinti sahəsində fəhlə işləyən kişinin başına binanın yuxarı hissəsindən yük düşüb və nəticədə aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.