“TikTok” -da bu trend uşaqların ölümünə səbəb olur

  • 2022.07.09 16:39
  • 5074 Baxış
“TikTok” -da bu trend uşaqların    ölümünə səbəb olur


“TikTok” övladlarını itirən valideynlər tərəfindən çoxsaylı məhkəmə iddiaları ilə üzləşib.


Medicina.az xəbər verir ki, sosial şəbəkədəki “blackout challenge” trendini yerinə yetirməyə cəhd edərkən azı yeddi azyaşlı boğularaq ölüb.

Qeyd edək ki, bu trend istifadəçiləri huşunu itirənə qədər özlərini kəmər və ya bənzər əşya ilə boğmağa təşviq edir.

Şəbəkədən verilən məlumata görə, “TikTok” artıq sözügedən hərəkətləri nümayiş etdirən videoları bloklayıb.