Tıxanmış ürək damarları üçün - 3 güclü resept

  • 2026.03.19 17:25
  • 276 Baxış
Tıxanmış ürək damarları üçün   - 3 güclü resept


Ürək damarlarının daralması və ya tıxanması (ateroskleroz) müasir dövrdə ən geniş yayılmış problemlərdən biridir. Bu vəziyyət qanda xolesterinin yüksəlməsi və damar divarlarında yığılması nəticəsində yaranır.

Medicina.az xəbər verir ki, təbii bitkilər və məcunlar damar sağlamlığını dəstəkləyə bilər, lakin əsas müalicəni əvəz etmir.

Damar tıxanması niyə yaranır?
Yüksək xolesterin
Şəkərli diabet
Siqaret
Hərəkətsizlik
Stress və sinir gərginliyi

1. Sarımsaq + limon məcunu (klassik damar təmizləyici)
Faydaları:
Xolesterini azaltmağa kömək edir
Qanı durulaşdırır
Damar elastikliyini artırır

Hazırlanması:

5 diş sarımsaq
2 ədəd limon (qabığı ilə)
1 stəkan ilıq su
Hamısını blenderdən keçir, şüşə qabda saxla.

İstifadə:
Gündə 1 xörək qaşığı, səhər acqarına

2. Bal + zəncəfil + darçın məcunu

Faydaları:

Qan dövranını yaxşılaşdırır
İltihabı azaldır
Damarları qoruyur

Hazırlanması:

2 x.q bal
1 ç.q zəncəfil tozu
yarım ç.q darçın
Qarışdır və hazırdır.

Gündə 1 dəfə, yeməkdən sonra

3. Qoz + bal + kətan toxumu məcunu

Faydaları:
Omega-3 ilə zəngindir
“pis xolesterini” azaldır
ürəyi gücləndirir

Hazırlanması:

5-6 ədəd qoz
1 x.q bal
1 ç.q üyüdülmüş kətan toxumu


Səhər və ya günorta 1 qaşıq

Qan durulaşdırıcı dərman qəbul edənlər (məsələn aspirin) bu məcunları həkimlə məsləhətləşmədən istifadə etməməlidir

Aygün Musayeva