Builki Novruz çərşənbələrində ümumilikdə üç nəfər tonqalda xəsarət alıb.
Bu barədə
Medicina.az -a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Su çərşənbəsində (fevralın 24-ü) Binəqədi rayonu, Biləcəri qəsəbəsində 15 yaşlı yeniyetmə və Nizami rayonunda 9 yaşlı azyaşlı xəsarət alıb.
Torpaq çərşənbəsində (martın 17-si) isə 9-cu mikrorayon ərazisindən 2018-ci il təvəllüdlü azyaşlı üçün çağırış qeydə alınıb.
Su çərşənbəsində bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan şəxslərə zəruri ixtisaslı tibbi xidmət göstərilib və artıq ambulator müalicə üçün evə buraxılıblar.
Ötən gün qeydə alınan çağırışda isə xəsarət alan azyaşlıya təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilib.