"Toppuş bacı"ya xərçəngə qarşı ağıllı iynə vuruldu

  • 2022.11.17 16:58
  • 2724 Baxış
"Toppuş bacı"ya xərçəngə qarşı ağıllı iynə  vuruldu

Şiş beyinə metastaz verən Əməkdar artist Tünzalə Əliyevaya “ağıllı dərman” adlanan preparatın ilk iynəsi vurulub.


"Medicina" xəbər verir ki, onkoloqu tərəfindən nəzarətlə xüsusi preparatın birinci hissəsi aktrisaya köçürülüb.

“Biraz başım hərlənir və ürəkbulanmalarım var. Həkim bu halda məni evə buraxmadı. Bir neçə gün burada qalacağam. Tibb bacısı həmin dərmanı dolduranda o qədər həyacan keçirirdim. Həkimlər yanımda idilər. Onlar bu dərmanın mənə necə təsir edəcəyini gözləyirdilər. Həyəcandan həkimlərə iynə ilə bağlı o qədər suallar verirdim ki...”.

Xatırladaq ki, Tünzalə üçün “ağıllı dərman” preparatlarının bir hissəsini aparıcı Zaur Baxşəliyev alıb. İynələr 21 gündən bir vurulmalıdır.

Aygün M