Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tovuz sakini göbələkdən zəhərlənərək ölüb

  • 2019.04.30 09:52
  • 8226 Baxış
Tovuz sakini göbələkdən zəhərlənərək ölüb

 

Tovuzda 54 yaşlı kişi qidadan zəhərlənərək ölüb.



Medicina.az "Report"un Qərb Mərkəzinin məlumatına istinadən  görə, hadisə rayonun Əlimərdanlı kəndindəki fermalardan birində qeydə alınıb.



Belə ki, rayonun Qədirli kənd sakini, 1965-ci il təvəllüdlü Yüsif Hüseynov çoban çalışdığı fermada qidadan zəhərlənərək ölüb. 



Onun göbələkdən zəhərləndiyi ehtimal edilir.



Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.