Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tovuzda dönərdən kütləvi zəhərlənmə

  • 2025.06.25 21:11
  • 147 Baxış
Tovuzda dönərdən kütləvi  zəhərlənmə

Tovuz rayonunda dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bir neçə nəfər zəhərlənmə diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onlar arasında azyaşlı da var. Hazırda həmin şəxslərin müalicələri davam edir.

***

Dönərdən zəhərlənənlər Xaliq Əliyev (2022), Aysu Cəfərova (2007), Xatirə Musayeva ( 1979), Ruslan Əmraslanov ( 2008), Rəvan Eyvazov (2017), Ramal Eyvazov ( 2013), Daşdəmir Eyvazov ( 1983), Pünhanə Əkbərli ( 2006), Emil Kərimli (2016), Elif Kərimli ( 2018), Səhanə Əliyeva ( 1997), Aygün Hüseynova ( 2006) və Əli Əliyevdir.

***

Dönərdən zəhərlənənlərin sayı 20-yə çatıb.