Həftədə 3 dənə yumurta yeyən qadınların bədən çəkisi daha aşağı və lipid profilləri daha yaxşı olur. Yumurta pəhrizə ən uyğun əlavədir.
Medicina.az xəbər verir ki, mütəxəssislər həftədə üçdən çox yumurta yeməyin daha yaxşı lipid profilləri ilə əlaqəli olduğunu aşkar ediblər. Bu, yetkin qadınlar üzərində aparılan araşdırmada nümayiş etdirilib.
Lipid profili yağ tərkibini əks etdirir. Məsələn, lipidlər qan dövranında xolesterol səviyyələri ilə sıx əlaqəli olan yağa bənzər molekullardır: lipid səviyyələri nə qədər yüksəkdirsə, xolesterol konsentrasiyası bir o qədər yüksəkdir.
Bu profil həmçinin lipoproteinlərin - yüksək xolesterola səbəb ola bilən və ürək xəstəliyi riskini artıra bilən yağ və zülal qarışığının parçalarının mövcudluğunu da nəzərə alır.
Kaliforniya Universitetinin alimləri toyuq yumurtasının artıq bədən yağının yığılması ilə mübarizədə faydalı olduğu qənaətinə gəliblər.
Arıqlamaq istəyənlər toyuq yumurtası yeməlidir.
"Daha çox yumurta istehlak edən qadınların ümumi lipid profili həftədə bir yumurtadan az yeyənlərlə müqayisədə daha yaxşı olur. Həmçinin, orta hesabla, hətta daha yüksək kalorili pəhriz saxlasalar belə, daha az bədən çəkisinə malikdirlər", - deyə alimlər bildirib.
Mütəxəssislər toyuq yumurtasının təsirini onların yüksək qida dəyəri ilə əlaqələndirirlər. Zülal, vitamin və mikroelementlərlə zəngin olan bu yumurtalar uzunmüddətli toxluq hissi verir və aktiv metabolik və immun funksiyalarını dəstəkləyir.
"Mütəmadi olaraq yumurta yeyən qadınların pəhrizi ümumiyyətlə daha yaxşı olur və orta hesabla yumurta yeməyənlərə nisbətən daha arıq olurlar."
Aygün Musayeva