ABŞ Prezidenti Donald Tramp 11-ci dəfə baba olub.
“Qafqazinfo” xəbər verir ki, onun kiçik qızı Tiffani Trampın oğlu dünyaya gəlib.
“Dünyaya xoş gəldin, şirin körpə oğlumuz Aleksandr Tramp Bulos. Biz səni sözlə ifadə olunmayacaq dərəcədə sevirik! Həyatımıza girdiyin üçün təşəkkür edirik!”, - deyə Tiffani “X” hesabında yazıb.
Qeyd edək ki, Tiffani Donald Trampın keçmiş həyat yoldaşı Marla Maplesdən olan qızıdır. O, 2022-ci ildə iş adamı Maykl Bulos ilə evlənib.