Tramp hər gün koronavirus testindən keçiriləcək

  • 2020.05.08 15:36
  • 958 Baxış
Tramp hər gün koronavirus testindən keçiriləcək

ABŞ Prezidenti Donald Tramp köməkçilərinin birində koronavirus aşkarlandığına görə bundan sonra hər gün koronavirus testindən keçəcək.

Bu barədə Tramp Oval Ofisdə Texas ştatının qubernatoru Qreq Abbotla görüşdən öncə jurnalistlərə açıqlamasında bildirib.

Köməkçilərindən birinin koronavirusa yoluxduğunu xatırladan Tramp, “Bu şəxslə yaxın əlaqədə olmamışam. Dünən də, bu gün də testdən keçdim, hər ikisi də neqativ nəticələndi”,- deyə qeyd edib.

Amerika lideri qeyd edib ki, onunla birlikdə köməkçisi Mayk Pens də hər gün koronavirus testindən keçəcək.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi