Trombu aşkar edə bilən smartfon hazırlandı

  • 2022.08.18 16:21
  • 1750 Baxış
Trombu aşkar edə bilən smartfon  hazırlandı

Sankt - Peterburq texnoloji alimləri damarlarda trombu vaxtında aşkar edə bilən smartfon və proqram hazırlayıb.


Medicina.az xəbər verir ki, bu smartfonun köməyilə insan özü ürək-damar sisteminin vəziyyətinə nəzarət edə biləcək.

Bir vaxtlar bu ideya fantastika kimi görünürdü.

Sankt-Peterburqun I Pyotr universitetinin mühəndis alimləri bu xəyalı gerçək edib.

Yeni cihazın köməyilə insan nəinki təzyiqi və nəbzi barədə, eləcə də tromboz və varikoz olub-olmamasını bilir.

"Bizim qarşıda duran vəzifəmiz dünyada ən çox ölümə səbəb olan trombu tapmaq idi.

Optik ötürücünü arteriya yaxınlığında dəriyə yapşdırırıq, xüsusi şüalandırma ilə o damarı əks etdirib smartfona qayıdır. Beləliklə, damarın vəziyyəti barədə məlumat verilir.

Belə sürətli, operativ cihaz daim əl altında çox insanların köməyinə çata bilər. Çünki ilk baxışdan sağlam görünən insanın da damarından tromb qəfil ayrıla bilər".

Hələ ki, möcüzə smartfon laborator sınaqdadır, insanlar üzərində keçirilməyib.

Tezliklə insanlarda sınaqlardan sonra geniş istifadəyə veriləcək.


Aygün Musayeva