Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tualetdə doğdu, körpəni unitaza atıb qaçdı - Kuryoz olay

  • 2024.10.14 15:33
  • 1883 Baxış
Tualetdə doğdu, körpəni unitaza atıb qaçdı  - Kuryoz olay

Antalya şəhər hava limanında xidməti tualetdə körpə tapılıb.

"Medicina" xəbər verir ki, həkimlər körpənin elə orda doğulduğunu təxmin edir. Körpəni gecə növbəsi işləyən xadimə görüb.

Polislər isti-isti izlərlə kamera müşahidələri ilə həmin tualetə girib qəribə vəziyyətdə çıxan gənc qadını tapıb. Bu Moskva reysinə bileti olan 18 yaşlı gənc rus qız Yekaterina idi.



O, Türkiyədə hamilə qaldığını, indi isə vətəninə qayıtdığını, reysi gözləyərkən qəfildən doğuşu başladığını və tualetə gedərək uşağı birbaşa unitaza doğduğunu bildirib. Onun ölü olduğunu zənn edib və biletinin batmaması və uşaqsız Moskvaya qayıtmaq üçün onu orda qoyub.

Aygün