Türkiyədə daha bir məktəbdə qorxulu anlar yaşanıb.
Medicina.az xəbər verir ki, hadisə ötən həftə Bilecikin Bozüyük rayonundakı Mehmet Akif Ersoy Orta Məktəbində baş verib. Qız tualetində təmizlik işçisi gizlədilmiş boş tüfəng və kağız parçasına yazılmış bir qeyd görüb. Məktəb rəhbərliyinə dərhal məlumat verilib və məktəbə çoxsaylı polis qrupları göndərilib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları tərəfindən aparılan ilkin texniki araşdırmalar nəticəsində məlum olub ki, qeyddə məktəb direktoruna və bəzi şagirdlərə qarşı birbaşa təhdidlər var. Dəlil kimi qəbul edilən boş tüfəng müsadirə edilib. Ekspert qrupları materiallar üzərində barmaq izi analizinə başlayıb və cinayətkarı müəyyən etmək üçün təhlükəsizlik kamerası görüntülərini də araşdırır.
Hadisədən sonra məktəb rəhbərliyi valideynlərə mesaj göndərərək bildirib:
"Bu həssas dövrdə məktəb rəhbərliyimiz uşaqlarını evə aparmaq və ya ehtiyat tədbiri olaraq getmək üçün icazə almaq istəyən valideynlərə bütün lazımi yardımı göstərəcək. Rəsmi olmayan kanallardan gələn məlumatlara etibar etməməyinizi xahiş edirik və bir daha vurğulamaq istəyirik ki, uşaqlarımızın təhlükəsizliyi bizim üçün hər şeydən üstündür."
Aygün
Medicina.az