Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türk aktrisa koronavirusa yoluxdu

  • 2020.04.03 17:38
  • 2355 Baxış
Türk aktrisa koronavirusa yoluxdu


Tanınmış türkiyəli aktrisa Cansın Çekili koronavirusa yoluxub.

31 yaşlı aktrisa bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

“20 gündən çox davam edən bronxit və allergiyadan sonra xəstəxanaya getdim və koronavirusa yoluxma halını müəyyən etmək üçün analiz verdim. Testin nəticələri müsbət çıxdı”.

Aktrisa əlavə edib ki, karantini ev şəraitində, öz otağına qapanmaqla keçirir.