Türkiyə koronavirus qasırğasına hazırlaşır- Sakitliyə arxayın olmayın

  • 2020.09.22 17:53
  • 2147 Baxış
Türkiyə koronavirus qasırğasına  hazırlaşır - Sakitliyə arxayın olmayın

Türkiyəli həkimlər tezliklə qrip və kəskin respirator xəstəliklər mövsümünün başlaması ilə koronavirus sunamisinin yaşanacağını proqnozlaşdırır.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyə Tibb Assosiasiyası məlumat verib.

“Biz dəfələrlə xəbərdarlıq etmişik, əgər indi lazımi ciddi tədbirlər görülməsə qrip mövsümünə çox sayda covid xəstəsi ilə girəcəyik. Vəziyyət belə davam etməyəcək. Bu fırtına öncəsi sakitlikdir”.

Diqqətlə baxdıqda mənzərə göründüyündən daha təşviş doğurur. Qış mövsümündə koronavirus pandemiyası güclənəcək.

TTA dövlət rəsmilərinin fəaliyyətsizliyini tənqid edib, yoluxmanın real mənzərəsini gizlətməkdə ittiham edib.
Belə ki, Türkiyə kurortlarında bir nəfər də olsun koronavirusa yoluxmasının olmaması barədə açıqlaması absurd hesab edilir.

Türkiyənin istirahət bölgələrinə hələ də xaricdən turist axını var