100 nəfər toyda zəhərləndi – Toyuq ətindən

  • 2025.11.17 10:08
  • 200 Baxış
100 nəfər toyda zəhərləndi –  Toyuq ətindən

Trabzonda bəy evinin keçirdiyi toy mərasimində iştirak edən 100-ə yaxın qonaq zəhərlənmə şübhəsi ilə xəstəxanalara aparılıb.

Medicina.az xəbər verir ki, məclisdə qonaqlara toyuqlu plov və dolma verilib. Yeməkləri yeyən əksəriyyət mədə bulanmasından şikayət edib.

Hadisənin qurbanlarından biri, “Yeməkdən sonra hamının mədəsi bulandı. Yolda qusduq, amma bəzilərinin vəziyyəti ağır idi”, – deyib.

Digər zəhərlənmiş qonaq, “Hazırda yaxşıyam, amma taqətim yoxdur. Toyuq yedim, kaş yeməzdim”, – deyə bildirib.

Xəstəxanaya müraciət edənlərin əksəriyyətinin mədəsi yuyulub. Bəzilərinə sistem qoşulub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.