Elmi araşdırmalar bağırsaq bakteriyaları və autizm spektr pozutusu arasında ciddi bir əlaqənin olduğunu göstərir.
Medicina.az xəbər verir ki, hər fərddə fərqli əlamətlərlə ortaya çıxan bu pozuntunun qəti bir müalicəsi olmasa da, autizmli fərdlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasında və
autizm simptomlarının idarə olunmasında
qidalanma mühüm rol oynayır.
Bu baxımdan, Türkiyədə autizm diaqnozu qoyulmuş 2 uşağın hekayəsi xüsusilə diqqət çəkir. Belə ki, azyaşlıların bağırsaq problemləri inteqrativ üsulla müalicə edildikcə, autizm əlamətlərində də getdikcə yaxşılaşma baş verib. Uşaqların əslində autizm olmadığı üzə çıxıb.
Türkiyədən gələn Erkut Alataş inteqrativ müalicədən sonra qızının diqqətini toplaya bildiyini, daha çox sosiallaşdığını qeyd edir.
Türkiyə vətəndaşı Şərifə xanım isə qızı Öykünün sağlamlıq problemləri ilə bağlı yaşadıqları çətinliklərdən danışıb. Onun sözlərinə görə, uşağa Türkiyədə autizm diaqnozu qoyulsa da, uzun müddət davam edən ağır qəbizlik və həzm problemləri də mövcud olub. Azərbaycanda aparılan müayinələr zamanı isə məlum olub ki, uşaq ümumiyyətlə autizm xəstəsi deyil. Uşaqda bağırsaq sistemi ilə bağlı problemlər və çölyak xəstəliyi aşkarlanıb.
Şərifə xanımın sözlərinə görə, təxminən 17 gün davam edən müalicə və pəhriz proqramından sonra qızında qəbizlik probleminin aradan qalxıb. Uşaq adını çağırdıqda daha çox reaksiya verməyə başlayıb, ətrafındakı insanlara marağı artıb, masa arxasında oturma və oyuncaqlarla oynama kimi fəaliyyətlərə daha çox diqqət göstərib.
İnteqrativ tibb mütəxəssisləri qeyd edirlər ki, uşaqlarda davranış dəyişiklikləri, həzm sistemi problemləri, qida həssaslıqları və inkişaf xüsusiyyətləri bir-biri ilə əlaqəli ola bilər. Bu səbəbdən belə hallarda hərtərəfli tibbi qiymətləndirmə və fərdi yanaşma mühüm əhəmiyyət daşıyır.
Müalicə prosesini yekunlaşdıran pasiyentlərimizin hekayələrini və valideynlərin təəssüratlarını aşağıdakı linklərə daxil olaraq izləyə bilərsiniz: