Türkiyədə azərbaycanlı gəlin 88 yaşlı qayınatasını öldürdü - FOTO

  • 2026.06.15 23:04
  • 258 Baxış
Türkiyədə azərbaycanlı gəlin 88 yaşlı qayınatasını öldürdü -  FOTO

Tokatın Artova rayonunda gəlinlə 88 yaşlı qayınatası arasında baş verən dava qan ilə nəticələndi. Azərbaycanlı gəlin hadisədən sonra saxlanılıb.

Medicina.az xəbər verir ki, Tokatın Artova rayonunda gəlinlə qayınatası arasında baş verən dava ölümlə nəticələnib. O, 88 yaşlı qayınatasını öldürüb. Əldə edilən məlumata görə, Ağmusa kəndində yaşayan Azərbaycan vətəndaşı K.V. (52) ilə qayınatası Mustafa Cici (88) arasında naməlum səbəbdən evin qarşısında mübahisə yaranıb. Hadisə tez bir zamanda davaya çevrilib və tərəflər bir-birini döyüblər. İddiaya görə, Mustafa Çiçi K.V.-nin zərbəsi nəticəsində yerə yıxılıb və 112 Təcili Yardım Mərkəzinə zəng edilib. Hadisə yerinə göndərilən tibbi qruplar tərəfindən Artova Dövlət Xəstəxanasına aparılan yaşlı kişi bütün həkimlərin səylərinə baxmayaraq xilas edilə bilməyib və dünyasını dəyişib.

K.V. Artova Respublika Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində saxlanılıb və şübhəlinin hüquqi prosesinin davam etdiyi öyrənilib. Hadisə ilə bağlı istintaq davam edir.

Aygün
Medicina.az