Türkiyədə daha 23 nəfər koronavirusdan öldü

  • 2020.03.29 20:48
  • 3309 Baxış
Türkiyədə daha 23 nəfər koronavirusdan öldü
Türkiyədə son 24 saat ərzində 23 nəfər koronavirusdan dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca son məlumatları açıqlayarkən bildirib. Bununla da Türkiyədə Covid-19-dan ölənlərin sayı 131 nəfərə çatıb. 1815 nəfərdə isə yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə xəstələrin sayı 9 min 217 nəfər olub. 65 min 446 nəfərdə isə test aparılıb.


Ölkədə koronavirusdan 105 nəfər sağalıb.