Türkiyədə karantinə alınan yaşlı kişinin üsyanı: “Məni burda saxlasaz, hamınızı öldürəcəm”

  • 2020.03.28 19:45
  • 4014 Baxış
 Türkiyədə karantinə alınan yaşlı kişinin üsyanı:   “Məni burda saxlasaz, hamınızı öldürəcəm”

Türkiyənin Kahramanmaraş xəstəxanasına koronavirus şübhəsi ilə gətirilib, karantinə alınan 80 yaşlı kişi tibb işçilərinə etiraz edərək, onlara çətin anlar yaşadıb.

Medicina.az xəbər verir ki, karantində qalmaq istəməyən kişi onda heç bir xəstəliyin olmadığını bildirərək, palataya girməkdən imtina edib.

Daha sonra “hamınızı öldürəcəm” deyərək, işçilərin üzərinə ağız suyunu üfürüb.

Həmin anın videosunu təqdim edirik: