Türkiyədə məktəbə silahlı hücum: 1 ölü, 18 yaralı

  • 2026.04.14 13:11
  • 106 Baxış
Türkiyədə məktəbə silahlı hücum:  1 ölü, 18 yaralı

Türkiyədə məktəbə silahlı hücum olub.

Medicina.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin Şanlıurfa bölgəsində baş verib. Məktəbə tüfənglə daxil olan bir nəfərin ətrafa atəş açması nəticəsində 7 nəfər yaralanıb.

Türkiyə daxili işlər naziri Mustafa Çifçi hadisə nəticəsində yaralananların sayının 18-ə çatdığını bildirib.

Nazirin sözlərinə görə, yaralıların bəziləri qaçmaq üçün pəncərədən özlərini atanlardır.

Hadisəni törədənin 17-18 yaşlarında gənc olduğu bildirilir.

Türkiyə mətbuatının yazdığına görə, hadisəni törədən şəxs özünü öldürüb.

Şərh