Türkiyədə Omikrona görə yoluxma 3 dəfə artdı

  • 2022.01.05 14:27
  • 1475 Baxış
Türkiyədə Omikrona görə yoluxma  3 dəfə artdı
Türkiyədə “Omikron” variantının görülməsindən sonra koronavirusa yoluxanların sutkalıq sayı üç dəfə artıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, dekabrın 20-də 18 762 olan göstərici yanvarın 4-də 54 724-ə yüksəlib.

Dekabrın 20-də hər 100 nəfərdən 5,34-nün COVID-19 testi müsbət çıxdığı halda, yanvarın 3-də faiz nisbəti 12,16 olub.