Türkiyədə son gün ərzində 50 nəfər koronavirusdan öldü - STATİSTİKA

  • 2020.05.09 20:59
  • 3179 Baxış
Türkiyədə son gün ərzində 50 nəfər koronavirusdan öldü -   STATİSTİKA
Türkiyədə son 24 saatda daha 1 546 nəfər koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, son gün ərzində ölkədə daha 50 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 3 739 nəfərə çatıb. Pandemiya ərzində qonşu ölkədə COVID-19-a ümumilikdə 137 115 nəfər yoluxub.

Son gün ərzində Türkiyədə 3 084 nəfər sağalaraq evə buraxılıb. Pandemiya ərzində koronavirusa yoluxmuş 89 480 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.