Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə turist saç əkdirəndən sonra öldü

  • 2025.08.02 10:02
  • 210 Baxış
Türkiyədə  turist saç əkdirəndən sonra öldü


Britaniyalı turist Türkiyədə saç transplantasiyasından sonra dünyasını dəyişib.

Hadisə bu ölkəyə tibbi turizmin bumunun fonunda baş verib.


“Medicina” xəbər verir ki, 38 yaşlı kişi Türkiyədə saç əkilməsi əməliyyatından sonra dünyasını dəyişib.Əməliyyat beş saat davam edib.


Prosedurdan az sonra xəstə özünü pis hiss edib və yerli xəstəxanaya aparılıb, lakin kişini xilas etmək mümkün olmayıb.

Onun cəsədi daha sonra yarılma üçün Ədliyyə Tibb İnstitutuna, sonra isə Böyük Britaniyaya aparılıb.
Polis işi "ehtiyatsızlıqdan adam öldürmə" kimi araşdırır və transplantasiya aparılan klinikanın həkimləri artıq dindirilib.


Dünya saç transplantasiyası bazarının təxminən 60%-i Türkiyənin payına düşür. İnsanlar sərfəli qiymətə və keyfiyyətli xidmətə görə bu cür prosedurlara gəlirlər.


Aygün Musayeva