Türkiyədə vəzifəli şəxs koronavirusa yoluxdu

  • 2020.03.31 20:31
  • 2034 Baxış
Türkiyədə vəzifəli şəxs koronavirusa yoluxdu
Türkiyənin Kırklareli şəhərinin valisi Osman Bilginə koronavirus diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, bu barədə Kırklareli Valiliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Bildirilib ki, O.Bilginin koronavirus testi pozitiv çıxıb. Bu səbəbdən vali özünü 14 gün müddətinə qaldığı iqamətgahda təcrid edib və işlərə uzaqdan nəzarət edəcək.