Türkiyədəki zəlzələ NATO ərazisində ən böyük fəlakətdir

  • 2023.02.16 17:58
  • 1596 Baxış
Türkiyədəki zəlzələ NATO ərazisində ən böyük fəlakətdir
“Türkiyədə fevralın 6-da baş verən zəlzələlər alyans ərazisində meydana gələn ən böyük təbii fəlakətdir”.

"Medicina" xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Ankarada Mövlud Çavuşoğlu görüşündə bunu deyib.

“Türkiyədəki zəlzələlər NATO-nun yaranmasından bəri alyansımızın ərazisində baş verən ən ölümcül, ən dəhşətli fəlakətdir”, - deyə o bildirib.

Stoltenberq bu gün Türkiyəyə səfərdədir. Onun səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü planlaşdırılıb.