Türkiyənin bu bölgəsində koronavirus yoxdur - SƏBƏB

  • 2020.05.13 16:45
  • 1533 Baxış
Türkiyənin  bu bölgəsində koronavirus yoxdur    - SƏBƏB

Türkiyənin Ordu vilayətinin Gölköy rayonunda indiyə qədər koronavirus aşkarlanmayıb.

Medicina.az xəbər verir ki, bu ərazi “Qocalma Atlası”nda rayon Türkiyədə ən uzunömürlü insanlarının yaşadığı yer olaraq göstərilib.

Rayon sakinləri epidemiya və digər xəstəliklərə qarşı sağlam həyatın sirrinin istehlak etdikləri təbii məhsullar olduğunu deyiblər.

Orta yaşın 82 olduğu rayonda 70-80 yaşlı insanların əksəriyyəti hələ də bağ-bostanda işləyir və istehsal etdikləri məhsullarla qidalanırlar.

Gölköyün bələdiyyə başçısı Fikri Uludağ da 12 ay ərzində rayonun heç bir sakinində koronavirusa rast gəlinmədiyini insanların təbii məhsullarla qidalanması ilə izah edib.