Kino və serial aktrisası, ssenarist Semra Dinçer vəfat edib.
Medicina.az xəbər verir ki, iki ildir xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa bu gün günorta saatlarında vəfat edib.
Semra Dinçer 25 iyul 1965-ci ildə Ankarada anadan olub. O, 42 film və serialda rol alıb, bunlardan 7-nin ssenarisini yazıb. Sonuncu dəfə “İstanbullu Gəlin” serialında Reyhan Sezgin rolunu canlandırıb.