Türkiyənin Səhiyyə naziri Kamal Məmişoğlu bütün orqanlarını bağışladığını bildirib."Medicina" xəbər verir ki, Ankarada keçirilən “Orqan bağışlamaq həftəsi”ndə çıxış edən nazir canlı yayımdaca bütün orqanlarını bağışladığını açıqlayıb.
"Orqan bağışlamaq bir insana həyat bəxş edir, bağışlayan üçün isə ölümsüz bir xeyir əməl etmiş olur" - deyə nazir qeyd edib.
Nazir bildirib ki, yeni sistemlə artıq orqan bağışlanması “e-Nabız” platformasında elektron şəkildə ediləcək.
Səhiyyə naziri 1966-cı il təvəllüddür.
MEDİCİNA.AZ