Üç ildir evdən çölə çıxmayan gənc hər kəsi şoka saldı - FOTO

  • 2025.10.17 00:04
  • 77 Baxış
Üç ildir evdən çölə çıxmayan gənc hər kəsi şoka saldı -  FOTO

Türkiyədə Hatayda 3 ilə yaxındır evinə qapalı qalan, yalnız telefon və kompüterlə oynayan 23 yaşlı gəncin həyatı gündəm olub.

Medicina.az xəbər verir ki, Kahramanmaraş mərkəzli zəlzələlərdə evini itirən və hazırda Defne rayonunda yaşayan 50 yaşlı ana Semra Özbay və onun 23 yaşlı oğlu Barış Özbay zəlzələdən sonra həyatlarını birlikdə davam etdirirlər.

Zəlzələdə həm evini, həm də yaxınlarını itirən ailə 3 ildir ki, çətin vəziyyətlə mübarizə aparır.



Zəlzələdən sonra həyat həvəsini itirən oğul Barış Özbay universiteti yarımçıq qoyub, davamlı olaraq kompüter və telefonla oynamağa başlayıb, virtual aləmə aludə olub. Həyatda qalsa da, ağır depressiyaya düşüb, nə çimir, nə də evdən çölə çıxır.

"İmkanım olsa tualetə belə getmərəm", - deyə gənc oğlan bildirib.



Qeyd edək ki, gəncin keçmiş görünüşü görənləri təəccübləndirib.

Onun zəlzələdən əvvəlki fotosunu təqdim edirik...



Aygün
Medicina.az