Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ucarda Mərkəzi Xəstəxananın həyətinə yağış suları doldu

  • 2025.04.17 10:45
  • 436 Baxış
Ucarda Mərkəzi Xəstəxananın həyətinə yağış suları doldu

Aprelin 16-da ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti Ucar rayonuna da təsirsiz ötüşməyib.

Medicina.az unikal-a istinadla xəbər verir ki, yağış suları Ucar Rayon Mərkəzi Xəstəxanasının həyətinə dolaraq bir sıra problemlər yaradıb.

Belə ki, xəstəxanaya müraciət edən rayon sakinləri xüsusilə təcili tibbi yardım, poliklinika və uşaq xəstəxanasına daxil olmaqda çətinlik çəkiblər. Nəticədə nəqliyyat vasitələri insanları binanın girişinə qədər gətirməli olublar.

Yaranmış fəsadın aradan qaldırılması üçün heç bir tədbirin görülməməsi isə təəccübə səbəb olub.