️Davamlı qusma, udqunma şikayəti olanlar üçün Yeni müayinə aparatı

  • 2023.02.02 13:12
  • 3854 Baxış
️Davamlı qusma, udqunma şikayəti olanlar üçün     Yeni müayinə aparatı

Udmanız çətinləşib?
Udma zamanı ağrı hiss edirsiniz?
Yüksək Rezolyusiyalı Manometriya (HRM) haqda məlumatla tanış olun.


"Medicina" xəbər verir ki, Qida borusu xəstəliklərində aşağıdakı simptomlar olur :

- udmada çətinlik (disfagiya), udma zamanı ağrı (odinofagiya), döş sümüyü arxasında yanğı, qıcqırma, gəyirmə, ağızda acılıq, ağızda pis qoxu, qida qalıqlarının ağıza gəlməsi, öskürək və s.


Qida borusunun xəstəliklərində bu cür şikayətlər əsasən qida borusunun hərəkətliyinin pozulmasından qaynaqlanır.
Normal udma bir-birini izləyən və bir-birilə ritmik hərəkətdə olan hərəkətlərdir.

Bu ritm itdiyi zaman, ya da uyğun şəkildə yemək borusunun bir tərəfi yıgılarkən, digər tərəfi boşalmadıqda udma çətinliyi, qida borusunda ağrı, döş qəfəsində ürək ağrısı kimi əlamətlər hiss edilir. Hətta diffuz ezofaqal spazmı olan pasiyentlər səhvən, ürək ağrısı şikayəti ilə, adətən kardioloqa müraciət edirlər. Kardioloji problem aşkarlanmadıqda qastroenteroloqa yönəldilirlər. Bu pasiyentlərə dəqiq diaqnoz yalnız Yüksək Rezolyusiyalı Manometriya (HRM) ilə qoyula bilir.

Qida borusunun içini və görüntüsünü endoskopiya görə bilərkən, hərəkətini endoskopiya ilə görmək olmur. Qida borusunun hərəkətini dəqiq ölçmək üçün Yüksək rezolyusiyalı manometriyadan (HRM) istifadə edilir. Yüksək Rezolyusiyalı Manometriyada (HRM) istifadə olunan kateterdə sensorlar (datçiklər) 36-ya qədər artırılmışdır. Bu üsulla qida borusundakı əzələlərin hərəkətləri və təzyiq dəyərləri anlıq olaraq qeyd edilir və ölçülür. Alınan məlumatlar kompüterdə əks etdirilərək təzyiq xəritəsi yaradılır. Bu xəritə sayəsində qida borusunun yuxarı və aşağı sfinkterinin və yemək borusu gövdəsinin manometrik məlumatları eyni vaxtda müşahidə edilə bilir.

Bu müasir və yüksək texnologiyalı metod sakitlik vaxtı qida borusunun yuxarı və aşağı sfinkterinin təzyiqini ölçməyə, udma zamanı onların nə qədər açıldığını, aşağı qida borusu sfinkterinin keçici boşalmasının tezliyi və müddətini, qida borusunun döş şöbəsinin yığılma intensivliyini, yuxarı və aşağı sfinkterinin yerləşməsini , qida borusunun uzunluğunu təyin etməyə imkan verir. Yüksək Rezolyusiyalı Manometriya üsulu ilə udma çətinlikləri, udarkən ağrı, yemək borusu əzələlərində koordinasiya pozulmaları, ya da qida borusunun aşağı sfinkterinin boşalma qüsurlarına diaqnoz qoyulur. Yüksək Rezolyusiyalı Manometriya (HRM) tam olaraq hərəkəti, əzələnin yığılmasını və təzyiqi göstərən sistemdir.

Yüksək Rezolyusiyalı Manometriyanın əsas üstünlükləri:

Qida borusunun hərəki funksiyasını dəqiqliklə göstərən yeganə metod

Dəqiq hesablama
Prosedurun sadəliyi
Gözlə görünən olması

Bu müayinə aşagıdakı hallarda istifadə edilir:

• DISGAGIYA (UDMADA ÇƏTINLIK)

(ORQANIK SƏBƏB ISTISNA EDILDIKDƏN SONRA))

• Odinofagiya (ağrılı udma)

• AXALAZIYA (AXALAZIYANIN DIAQNOSTIKASINDA QIZIL STANDART)
• DÖŞ SÜMÜYÜ ARXASINDA ÜRƏKLƏ ƏLAQƏLI OLMAYAN AĞRI
• DIFFUZ EZOFAGEAL SPAZM
• KARDIYANIN AXALAZIYASI OLAN PASIYENTLƏRDƏ ƏMƏLIYYAT ÖNÜ MÜAYINƏ
• ANTIREFLÜKS ƏMƏLIYYATINDAN ƏVVƏL (QIDA BORUSUNUN QEYRI-EFFEKTIV MOTORIKASINI , AXALAZIYANI ISTISNA ETMƏK, DIAFRAQMANIN QIDA BORUSU DƏLIYININ DƏQIQ ÖLÇÜLƏRINI QIMƏTLƏNDIRMƏK ÜŞÜN)
• KARDIYANIN AXALAZIYASI VƏ QERX-NIN CƏRRAHI ƏMƏLIYYATINDAN SONRA, EFFEKTIVLIYIN KONTROLU MƏQSƏDILƏ
• QIDA BORUSNUN PH - METRIYA VƏ PH-IMPEDANSOMETRIYASINDAN ƏVVƏL QIDA BORUSUNUN AŞAĞI DƏLIYININ VƏZIYYƏTININ TƏYINI MƏQSƏDILƏ
• ANTIREFLÜKS ƏMƏLIYYATINDAN SONRA QALAN DISFAGIYA.

BİOLOJİ TƏBABƏT KLİNİKASI
Ünvan: 3-cü mkr, Pişəvəri küç. 110
Telefon: (+994 12) 430 89 89
Mobil: (+994 50) 430 89 89 (+994 55) 430 89 89 (+994 70) 430 89 89





️Davamlı qusma, udqunma şikayəti olanlar üçün     Yeni müayinə aparatı