Ukraynada əsgərin sinəsindən partlamamış qumbara çıxarıldı

  • 2023.01.20 14:53
  • 2170 Baxış
Ukraynada əsgərin sinəsindən partlamamış qumbara   çıxarıldı


Ukraynada hərbi cərrahlar əsgərin bədənindən partlamamış qumbaranı əməliyyatla uğurla xaric ediblər.


"Medicina" xəbər verir ki, Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar rentgenin fotosunu yerləşdirərək bu barədə məlumat verib.


Əməliyyat zamanı hər an qumbara partlaya bilərdi. Tibb işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə əməliyyatda iki istehkamçı iştirak edib.

Əsgər artıq sağalma ərəfəsindədir, qumbaranın onun döş qəfəsinə necə düşdüyü barədə dəqiq məlumat yoxdur.



Aygün Musayeva