Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ukraynada fövqəladə vəziyyət elan edildi

  • 2020.03.25 16:41
  • 3429 Baxış
Ukraynada fövqəladə vəziyyət elan edildi

Ukrayna hökuməti koronavirusla bağlı bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib.

“İnterfaks”ın xəbərinə görə, bunu ölkənin Baş Naziri Denis Şmıqal hökumətin iclasında bəyan edib.


Fövqəladə rejim aprelin 24-nə qədər davam edəcək və ehtiyac olacağı təqdirdə müddət uzadılacaq.

Xatırladaq ki, Ukraynada elan edilən karantin müddəti aprelin 3-də başa çatmalı idi.

Qeyd edək ki, Ukraynada koronavirusa yoluxanların sayı 113-ə çatıb, son 24 saatda 13 yoluxma faktı qeydə alınıb. Bu günədək virusa yoluxan 3 nəfər vəfat edib.